SOCAR "Washington Post"dakı məqalə ilə bağlı bəyanat yayıb

SOCAR "Washington Post"dakı məqalə ilə bağlı bəyanat yayıb SOCAR: Səfər təşkilatçılarının qaydalara əməl etməməsi təəssüf doğurur və bu məlumatların niyə açıqlanmaması aydın deyil
Energetika
14 May , 2015 13:15
SOCAR Washington Postdakı məqalə ilə bağlı bəyanat yayıb

Bakı. 14 may. REPORt.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Washington Post" nəşrində dərc olunmuş “SOCAR-ın 2013-cü ilin mayında Bakıda keçirilən konfransdakı məxfi rolu” adlı məqalə ilə əlaqədar ciddi narazılığını bildirib. 

"Report"un Dövlət Neft Şirkətinin rəsmi bəyanatına istinadən verdiyi xəbərə görə, "SOCAR heç vaxt konfransdakı iştirakını gizlətməyib və məqalədə qeyd olunduğu kimi, SOCAR-ın loqosu və adı Bakıda keçirilən konfransda əks olunub. SOCAR qeyd olunan məsələ ilə əlaqədar heç vaxt təhqiqatın obyekti olmayıb. Çünki SOCAR-ın Bakıda keçirilən konfransın maliyyə sponsoru olması faktını ictimaiyyətə səfəri təşkil edən sponsorlar bildirməli idilər".

"Biz təhqiqat ərzində tam əməkdaşlıq etmişik. Səfər təşkilatçılarının qaydalara əməl etməməsi təəssüf doğurur və bu məlumatların niyə açıqlanmaması bizə aydın deyil. SOCAR məsələnin aydınlaşdırılması üçün köməkliyini göstərməyə hazırdır və yerləşdiyi mühüm regionla əlaqədar qanunverici orqanları təmsil edən şəxslərin iştirakı ilə keçiriləcək tədbirlərə sponsorluq etməyi səbirsizliklə gözləyir", - deyə şirkətin açıqlamasında deyilir.

Son xəbərlər

Orphus sistemi