SOCAR: “Bakı-Novorossiysk kəməri ilə ayın sonuna nəzərdə tutulan həcm artıq göndərilib”

SOCAR: “Bakı-Novorossiysk kəməri ilə ayın sonuna nəzərdə tutulan həcm artıq göndərilib” Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk kəməri ilə dekabr ayına qədər nəzərdə tutulan neft həcminin hamısını göndərib.
Energetika
16 Noyabr , 2017 17:00
SOCAR: “Bakı-Novorossiysk kəməri ilə ayın sonuna nəzərdə tutulan həcm artıq göndərilib”

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk kəməri ilə dekabr ayına qədər nəzərdə tutulan neft həcminin hamısını göndərib.

Bu barədə “Report”a Şirkətdən bildirilib.

Qeyd edək ki, Rusiyanın “Transneft” şirkətinin mətbuat katibi İqor Demin bildirib ki, ötən gecə Dağıstan ərazisində baş verən zəlzələ səbəbindən Bakı-Novorossiysk neft kəmərinin Şirvanovka hissəsində yoxlama işləri aparılır.

SOCAR-dan qeyd edilib ki, Azərbaycandan neftin nəqli dayandırılmayıb, problem Rusiya tərəfdə olub.

Xatırladaq ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

SOCAR bu ilin yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 1 242 679 ton xam neft ixrac edib.

Son xəbərlər

Orphus sistemi