SOCAR-dan "Report"a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu kəmərlə neft ixracı 0,04% və ya 8,006 min ton artıb.
Bu ilin noyabr ayında BTC ilə mənfəət neftinin ixracı 44,7% azalaraq 1,013 mln. tona düşüb.
Qeyd edək ki, BTC boru kəmərinin uzunluğu 1 768 km təşkil edir, bunun 443 km-i Azərbaycan, 248 km-i Gürcüstan, 1 076 km-i Türkiyə ərazisinə düşür. BTC boru kəməri layihəsində BP (30,1%), SOCAR (25%), "Chevron" (8,9%), "Statoil" (8,71%), TPAO (6,53%), ENI (5%), "Total" (5%), "Itochu" (3,4%), "ConocoPhilliрs" (2,5%), "Inрex" (2,5%) və ONGC (2,36%) şirkətləri iştirak edir.