SOCAR “Avrasiya” layihəsi üçün memorandumu imzalayıb

SOCAR “Avrasiya” layihəsi üçün memorandumu imzalayıb İmzalanma mərasimində Qazaxıstanın baş naziri Bakıtcan Sagintayev iştirak edib
Energetika
21 İyun , 2017 15:46
SOCAR “Avrasiya” layihəsi üçün memorandumu imzalayıb

Bakı. 21 iyun. REPORT.AZ/ Qazaxıstanda bu ölkənin Energetika Nazirliyi, İnvestisiya və İnkişaf nazirliyinin Geologiya və yeraltı ehtiyatlar Komitəsi və “Avrasiya” layihəsində iştirak etməkdə maraqlı olan şirkətlər qrupu arasında anlaşma memorandumu imzalanıb.

“Report”un “Kazinform” agentliyinə istinadən verdiyi xəbərə görə, memoranduma imza atan şirkətlər arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) də adı var.

“KazMunayGas Eurasia”, “Аgір Саsріап Sea В.V”, “Rosneft-Exploration”, "СNPC International”, “NEOS Geosolutions” də memorandumu imzalayan şirkətlərdəndir.

İmzalanma mərasimində Qazaxıstanın baş naziri Bakıtcan Sagintayev iştirak edib.

Qazaxıstanın energetika naziri Kanat Bozumbayev bu gün tarixi sənəd imzalandığını qeyd edib: “Bu, Qazaxıstanın son 4-5 ildir çalışdığı böyük “Avrasiya” layihəsinin başlanğıcıdır. Geofiziki kəşfiyyat üzrə ən son nailiyyətlərə malik olan beynəlxalq şirkətlər konsorsiumda birləşərək “KazMunayGas”la birlikdə Xəzəryanı çökəkliyi öyrənəcəklər.Bu şirkətlər “AGİP”, ”Rosneft”, CNPC, 100 ildən çoxdur ki, hasilatla məşğul olan Azərbaycanın məşhur şirkəti SOCAR, “NEOS Geosolutions” və “KazMunayGas” şirkətləridir. Çökəkliyin ərazisi “Karaçaqanaka", “Tengiz” yatağından bir hissəsi Rusiyaya aid Qızılordu vilayətinə qədərdir. Rusiyanın dövlət orqanları ilə müvafiq razılığımız mövcuddur. Geoloji kəşfiyyat ilə məşğul olacağıq. Burada işlər 3 mərhələdən ibarət olacaq. Birinci mərhələ mövcud məlumatların müasir metodlarla interpretasiyası, ikinci mərhələ geofiziki kəşfiyyatı əhatə edəcək. Əgər geofiziki kəşfiyyatdan sonra yüksək ehtiyatlarla bağlı məlumat olarsa, onda üçüncü mərhələdə dərin quyular qazılacaq”.

Onun sözlərinə görə, söhbət 12 km-dən aşağıda dərin quyulardan gedir.

Qeyd edək ki, "Avrasiya" layihəsi Xəzəryanı çökəklikdə regional geologiya və geofizika araşdırmalarını nəzərdə tutur. Xəzəryanı çökəklikdə 60 mlrd. tona qədər neft ehtiyatları olduğu ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi