SOCAR avqustda Ceyhan limanından ixracı 36% artırıb

SOCAR avqustda Ceyhan limanından ixracı 36% artırıb Yanvar-avqust ayları ərzində Ceyhan limanından ixracın həcmi 0,18% artıb
Energetika
5 Sentyabr , 2017 17:58
SOCAR avqustda Ceyhan limanından ixracı 36% artırıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 11 400 551 ton xam neft ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 1 733 484 tonu avqust ayında həyata keçirilib.

Bu ilin yanvar-avqust ayları ərzində Ceyhan limanından ixracın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,18%, avqust ayındakı ixrac həcmi isə ötən ilin analoji ayı ilə müqayisədə 36% artıb.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazarlara çıxarılır. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Son xəbərlər

Orphus sistemi