Yuxarı

SOCAR: "ASAN Xidmət" mərkəzlərində 56,2 minədək müraciət həllini tapıb

Müraciətlər  “Azəriqaz”a olub

Bakı. 8 yanvar. REPORT.AZ/ Ötən il ərzində Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı "ASAN Xidmət" mərkəzlərinə qaz təsərrüfatının işi ilə bağlı ümumilikdə 56 168 müraciət daxil olub.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi və “Azəriqaz” İstehsalat Birliyinin (İB) müvafiq strukturlarından tələb olunan məlumatların alınması ilə əlaqədar edilmiş müraciətlərin hamısı həllini tapıb. 

"İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək", - deyərək Şirkətdən qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi