Yuxarı

“SOCAR-AQŞ” “Günəşli” yatağında daha bir quyu tikintisini yekunlaşdırıb

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir

Bakı.21 sentyabr. REPORT.AZ/ “SOCAR-AQŞ” “Günəşli” yatağının dayazsulu hissəsində 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2900 m olan 318 saylı quyunun tikintisi işlərini başa çatdırıb.

“Report” AQŞ-yə istinadən xəbər verir ki, işlər təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan və vaxtından əvvəl yekunlaşdırılıb.

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Qeyd edək ki, “SOCAR-AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.
Hazırda “SOCAR-AQŞ” dayazsulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, ‘’Ümid’’ yatağının 1 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı və‘’Bulla’’ yatağının 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi