“SOCAR-AQŞ” daha bir quyunun tikintisi işlərini yekunlaşdırıb

“SOCAR-AQŞ” daha bir quyunun tikintisi işlərini yekunlaşdırıb Quyu "Qərbi Abşeron" yatağında 20 saylı özüldə yerləşir
Energetika
6 Dekabr , 2016 15:48
“SOCAR-AQŞ” daha bir quyunun tikintisi işlərini yekunlaşdırıb

Bakı. 6 dekabr. REPORT.AZ/ “SOCAR-AQŞ” MMC “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 786 metr olan 29 saylı quyunun tikintisi işlərini yekunlaşdırıb. 

“Report” bu barədə MMC-yə istinadən xəbər verir.

Qeyd edək ki, quyuda qazma işlərinə bu ilin oktyabr ayında başlanılıb.

“SOCAR-AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hazırda “SOCAR-AQŞ” dayazsulu “Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və ‘’Bulla’’ yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

Son xəbərlər

Orphus sistemi