SOCAR apreldə 12 393 metr qazma işi həyata keçirib

SOCAR apreldə 12 393 metr qazma işi həyata keçirib İlin əvvəlindən qazmadan alınan 21 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib
Energetika
5 May , 2015 18:13
SOCAR apreldə 12 393 metr qazma işi həyata keçirib

Bakı. 5 may. REPORT.AZ/ Cari ilin aprel ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12 393 metr qazma işi həyata keçirib.

“Report” SOCAR-ın məlumatına əsasən bildirir ki, bu sahədə görülmüş işlərin 12 380 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-aprel aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 33 143 metr qazma işi görülüb ki, bunun da 32 143 metri istismara, 1 000 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınan 21 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi