SOCAR-a Rumıniyada 5 YDM-in icarəsi üçün razılıq verilib

SOCAR-a Rumıniyada 5 YDM-in icarəsi üçün razılıq verilib SOCAR-a Rumıniyada 5 YDM icarəyə götürməyə razılıq verilib
Energetika
10 İyul , 2020 16:49
SOCAR-a Rumıniyada 5 YDM-in icarəsi üçün razılıq verilib

Rumıniyanın Rəqabət Şurası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu ölkədəki törəməsi “SOCAR Petroleum SA"nın "IPECO S.A" şirkətinin Qorj ətrafında istismar etdiyi 5 yanacaqdoldurma stansiyasını icarəyə götürməsi ilə bağlı sazişini təsdiqləyib.

“Report” quruma istinadən xəbər verir ki, “SOCAR Petroleum SA” bu beş yanacaqdoldurma stansiyasını uzunmüddətli icarə əsasında istismar edəcək.

Qeyd edək ki, 2011-ci ildən etibarən SOCAR Rumıniyada törəmə şirkəti - “SOCAR Petroleum SA”nı təsis etməklə SOCAR brendi altında yanacaqdoldurma məntəqələri vasitəsi ilə Rumıniya ərazisində neft məhsullarının topdan və pərakəndə satışına başlayıb. Rumıniyanın şimalında ilkin olaraq 12 yanacaqdoldurma məntəqəsi ilə bazara daxil olan şirkət hazırda ölkənin dörd bir tərəfini əhatə etməklə 45 YDM şəbəkəsinə malikdir.

Aprel ayında şirkətin Arad, Tmiş və Sibiu ətrafında 6 yanacaqdoldurma məntəqəsini 10 illik icarəyə götürməsi barədə saziş təsdiqlənmişdi.

Son xəbərlər

Orphus sistemi