Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci il ərzində 8 159,7 min ton neft hasil edib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, ötən il neft hasilatı 2014-cü ilə nisbətən 1,9% azalıb.
Hesabat dövründə hasil olunan neftin 577,6 min tonu dekabr ayının payına düşüb. Ötən ilin dekabr ayında hasil olunan neft 2014-cü ilin dekabr ayından 7,4% az olub.