SOCAR 2,5 mlrd. kubmetr qaz hasil edib

SOCAR 2,5 mlrd. kubmetr qaz hasil edib Bu həcmin 508 mln. kubmetri may ayında hasil olunub
Energetika
16 İyun , 2017 16:21
SOCAR 2,5 mlrd. kubmetr qaz hasil edib

Bakı. 16 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 2 465,6 mln. kubmetr qaz hasil olunub.

“Report”un şirkətə istinadən verdiyi xəbərə görə, bu həcmin 508,1 mln. kubmetri may ayının hasilatı olub.

Bu ilin 5 ayı ərzində Azərbaycan üzrə qaz hasilatının həcmi isə 11 724,9 mln. kubmetr təşkil edib.

Qeyd edək ki, 2016-cı ildə SOCAR üzrə qaz hasilatının həcmi 6,3 mlrd. kubmetr, Azərbaycan üzrə isə 29 mlrd. kubmetr olub.

Son xəbərlər

Orphus sistemi