Slovakiyanın İqtisadiyyat Nazirliyinin birinci dövlət katibi Kamil Şaşko Azərbaycana səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
“Slovakiyanın İqtisadiyyat Nazirliyinin birinci dövlət katibi Kamil Şaşkonun başçılıq etdiyi Slovakiya nümayəndə heyəti ilə görüşdük. Nümayəndə heyəti Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu nazirlər iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək”, - o qeyd edib.
Qeyd edək ki, martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu nazirlər iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçiriləcək.