Slovakiya şirkətləri Azərbaycanda kiçik su elektrik stansiyalarına sərmayə qoya bilərlər.
“Report” xəbər verir ki, bu barədə slovakiyalı ekspert Cozef Hrabina İqtisadiyyat Naziriliyinin “Telegram” kanalına bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycanda kiçik su elektrik stansiyalarının inkişafı hesabına bərpaolunan enerji mənbələrinin potensialının və elektrik enerjisi istehsalı üçün yerli su ehtiyatlarından istifadə etməklə enerji müstəqilliyinin artırılmasına, kənd və ucqar ərazilərin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təminatına kömək edə bilər.
“Hidroenergetika layihələrinin həyata keçirilməsində təcrübəsi olan Slovakiya şirkətləri Azərbaycanda kiçik su elektrik stansiyalarına sərmayə qoya və inkişaf etdirə bilərlər. Potensial layihələrə xüsusilə də müvafiq su ehtiyatlarına malik kənd yerlərində kiçik su elektrik stansiyalarının tikintisinə investisiya qoyuluşu, su elektrik enerjisi istehsalında suyun səmərəli istifadəsini təmin etmək üçün texnologiya və təcrübənin təmin edilməsi, bərpaolunan enerji mənbələri texnologiyaları və tətbiqlərinin işlənib hazırlanması üzrə tədqiqat layihələrində əməkdaşlıq daxildir”, - deyə ekspert qeyd edib.