​Siyəzəndə ictimai dinləmə keçirilib

​Siyəzəndə ictimai dinləmə keçirilib İştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə üzrə rəy və təkliflər öyrənilib
Energetika
16 İyul , 2015 18:51
​Siyəzəndə ictimai dinləmə keçirilib

Bakı. 16 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsi tərəfindən ölkənin ekoloji qanunvericiliyin və qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq Çandahar-Zarat sahəsində yerləşən 1830 və 1831 saylı istismar quyularının qazılması və istismarı dövrü üzrə Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanıb və iyulun 16-da Siyəzən şəhərində bununla bağlı ictimai dinləmə keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

İctimai dinləmədə SOCAR-ın baş ofisinin, “Azneft” İB-nin, Ekologiya İdarəsinin, “Siyəzənneft” NQÇİ-nin, Siyəzən Rayon İcra Hakimiyyətinin və yerli bələdiyyələrin, hökümət və qeyri hökümət təşkilatlarının, o cümlədən yerli icmaların nümayəndələri iştirak ediblər. Görüş zamanı Azərbaycanın neft-qaz sənayesinin tarixi, inkişaf mərhələləri və bu sahədə əldə edilmiş uğurlar, neft-qaz layihələrinin reallaşdırılması zamanı yerli və beynəlxalq ekoloji qanunvericiliyin tələblərinin nəzərə alınması, o cümlədən neft sənayesində ətraf mühitin mühafizəsi istiqamətində görülmüş işlər barədə məlumat verilib.

Daha sonra Ekologiya İdarəsinin mütəxəssisləri iştirakçılara “Siyəzənneft” NQÇİ-nin Çandahar-Zarat sahəsində 1830 və 1831 saylı istismar quyularının qazılması və istismarı dövrü üçün hazırlanmış ƏMTQ sənədinin məqsədi, yerli və beynəlxalq qanunvericiliyin tələbləri, layihə ərazisində həyata keçirilmiş ilkin ekoloji tədqiqatlar, ərazisinin flora və faunası, layihənin icrası ilə əlaqədar ətraf mühitə potensial təsirlər və onların yumşaldılması tədbirləri, layihə alternativləri, o cümlədən ətraf mühitin idarə edilməsi planı haqqında söz açmış, təqdimat keçiriblər.

İştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə üzrə rəy və təkliflər öyrənilib. İctimai dinləmədə verilmiş rəy və təkliflər nəzərə alınmaqla ƏMTQ sənədinin yekun variantı hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi