Yuxarı

Şimal dənizində neft platforması zədələnib: 1 ölü, 2 yaralı

4 metr hündürlüyündəki dalğalar platformada işləyən 106 nəfər üçün ciddi təhlükə mənbəyinə çevrilib

Bakı. 31 dekabr. REPORT.AZ/ Şimal dənizində Çinin "China Oilfield Services Ltd" şirkətlər qrupuna məxsus özüldə qəza baş verib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, güclü qasırğanın səbəb olduğu qəza nəticəsində bir nəfər ölüb, bir neçə neftçi xəsarət alıb.

14 metr hündürlüyündəki dalğalar platformada işləyən 106 nəfər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Küləyin sürəti saniyədə 25-30 metrədək yüksəlib.

Bu səbəbdən helikopterlər bir müddət platformaya enə bilməyib. Sonda özüldə olanlardan təxminən 50-si təxliyyə edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi