Şimal Dənizində aşkar edilmiş neft-qaz yatağında hasilata razılıq verilib

Şimal Dənizində aşkar edilmiş neft-qaz yatağında hasilata razılıq verilib Bu yataqda 250 milyon barel neft ehtiyatı olduğu bildirilir
Energetika
1 Sentyabr , 2015 00:14
Şimal Dənizində aşkar edilmiş neft-qaz yatağında hasilata razılıq verilib

Bakı. 01 sentyabr. REPORT.AZ/ Son on il ərzində Şimal Dənizində aşkar edilmiş ən böyük neft və qaz yatağında istehsal prosesinin başlamasına dair müraciət Birləşmiş Krallığın Neft və Qaz Tənzimləmə Təşkilatı tərəfindən müsbət qarşılanılb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, "Culzean" yatağında qaz hasilatı özünün pik həddinə çatanda, Birləşmiş Krallığın təbii qaza olan ehtiyacının 5%-ni ödəyəcək.

250 milyon barel neftin olduğu proqnozlaşdırılan yataqdan qaz hasilatının 2019-cu ildən başlanması nəzərdə tutulur.  İstehsal prosesi azı 13 il müddətində davam edəcək və ən pik vəziyyətdə yataqlardan gün ərzində 60,000-90,000 barrel təbii yanacaq hasil ediləcək.

Son xəbərlər

Orphus sistemi