“Shell” Britaniyada elektromobillərin ən böyük enerjidoldurma şəbəkəsini alır

“Shell” Britaniyada elektromobillərin ən böyük enerjidoldurma şəbəkəsini alır “Royal Dutch Shell” şirkəti 2050-ci ilədək karbon tullantılarını səfərlamaq proqramı çərçivəsində Böyük Britaniyanın elektromobillərr üçün ən böyük doldurma şəbəkəsinin operatoru olan “Urbicity” şirkətini satın alır.
Energetika
27 Yanvar , 2021 22:37
“Shell” Britaniyada elektromobillərin ən böyük enerjidoldurma şəbəkəsini alır

"Royal Dutch Shell" şirkəti 2050-ci ilədək karbon tullantılarını sıfırlamaq proqramı çərçivəsində Böyük Britaniyanın elektromobillər üçün ən böyük enerjidoldurma şəbəkəsinin operatoru olan “Urbicity” şirkətini satın alır.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Shell"in açıqlamasında məbləği göstərilməyən bu alqı-satqının cari ildə başa çatdırılacağı bildirilir.

“Urbicity”nin 2 700-dən artıq enerjidoldurma məntəqəsindən ibarət şəbəkəsi Böyük Britaniya bazarının 13 faizini əhatə edir. Bununla yanaşı, Almaniya və Fransada da bənzər şəbəkələri genişləndirən şirkət ayrı-ayrı enerjidoldurma məntəqələrini elektromobil sahiblərinə satmaqla məşğuldur.

“Royal Dutch Shell”in Böyük Britaniyadakı 430 enerjidoldurma stansiyasında 1 000-dən artıq elektromobil üçün enerjidoldurma məntəqəsi fəaliyyət göstərir.

Qeyd edək ki, son bir ildə Avropada elektromobillərə tələbatın əhəmiyyətli artımı nəzərə çarpır. Belə ki, “Volkswagen” şirkəti 2020-ci ildə elektromobil satışlarının 158 faiz artaraq 212 minə, “Mercedes Benz” brendinin sahibi “Daimler” 228 faiz artaraq 160 mini ötdüyünü, “Renault” 100 faiz artaraq 116 minə çatdığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi