SGC Məşvərət Məclisinin 8-ci iclasının vaxtı açıqlanıb

Energetika
  • 10 yanvar, 2022
  • 10:39
SGC Məşvərət Məclisinin 8-ci iclasının vaxtı açıqlanıb

Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Məclisinin 8-ci nazirlər iclası bu il fevralın 4-də Bakıda əyani formatda keçiriləcək.

“Report” xəbər verir ki, əvvəlki kimi, bu iclasda da SGC-nin SOCAR, bp, TPAO və digər iştirakçı şirkətlərin, Avropa Komissiyası və beynəlxalq maliyyə təşkilatlarının, habelə Türkiyə, Gürcüstan, Bolqarıstan, Albaniya, Yunanıstan, İtaliya, Böyük Britaniya və ABŞ rəsmiləri iştirak edəcəklər.

Bununla yanaşı, Rumıniya, Şimali Makedoniya, Monteneqro, Bosniya və Herseqovina, Macarıstan, Xorvatiya, həmçinin digər ölkələrinin də iştirakı gözlənilir.

Xatırladaq ki, SGC Məşvərət Məclisi çərçivəsində 7-ci nazirlər iclası ötən il fevralın 11-də 18 ölkənin, 19 şirkətin, 5 beynəlxalq maliyyə təşkilatının iştirakı ilə keçirilib. O cümlədən tədbirdə ilk dəfə Serbiya və Türkmənistan da iştirak edib.

Azərbaycanın "Şahdəniz" yatağından İtaliyanın cənub bölgəsinədək uzanıb gedən boru kəmərlərindən ibarət SGC Avropa İttifaqına təbii qaz tədarükünün şaxələndirilməsi məqsədilə yaradılan layihədir. SGC-nin Avropada son hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) ilə 2020-ci il 31 dekabr tarixindən etibarən Azərbaycan qazı Yunanıstan, Bolqarıstan və İtaliyaya nəql edilir.

Son xəbərlər

Bütün Xəbər Lenti