Səudiyyəli nazir: "Böyük əksəriyyət OPEC+ formatını uzatmaq istəyir"

Səudiyyəli nazir: "Böyük əksəriyyət OPEC+ formatını uzatmaq istəyir" Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl Falih nazirlərlə dəfələrlə danışıqlar apardığını, çoxunun OPEC+ formatının müddətini uzatmağa tərəfdar çıxdığını qeyd edib.
Energetika
30 Aprel , 2019 12:46
Səudiyyəli nazir: Böyük əksəriyyət OPEC+ formatını uzatmaq istəyir

Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl Falih nazirlərlə dəfələrlə danışıqlar apardığını, çoxunun OPEC+ formatının müddətini uzatmağa tərəfdar çıxdığını qeyd edib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu nazir OPEC+ formatı iştirakçı ölkələırindən hər hansının sazişi tərk edib-etməyəcəyi barədə jurnalistlərin sualına cavab olaraq deyib.

OPEC və bu təşkilatın üzvü olmayan bir sıra neft istehsalçısı ölkələr neft hasilatını azaltmaqla bağlı 2017-ci ilin əvvəlindən qüvvədə olan sazişin müddəalarını ötən ilin sonunda modernləşdirmək qərarına gələrək, oktyabr ayının səviyyəsinə nisbətən gündəlik məcmu hasilatlarını 1,2 milyon barel azaltmaq barədə razılaşmışdı. Bu yeni şərtlər 2019-cu ilin birinci yarısı üçün razılaşdırılıb.

Son xəbərlər

Orphus sistemi