Səudiyyə Ərəbistanında elektrik istehsalı zərərsiz texnologiyaya keçirilir

Səudiyyə Ərəbistanında elektrik istehsalı zərərsiz texnologiyaya keçirilir Səudiyyə Ərəbistanı hökuməti 2030-cu ilədək enerji istehsalını yarıbayarı təbii qaza və bərpa olunan enerji mənbələrinə keçirməyi nəzərdə tutur.
Energetika
28 Yanvar , 2021 19:20
Səudiyyə Ərəbistanında elektrik istehsalı zərərsiz texnologiyaya keçirilir

Səudiyyə Ərəbistanı hökuməti 2030-cu ilədək enerji istehsalını yarıbayarı təbii qaza və bərpa olunan enerji mənbələrinə keçirməyi nəzərdə tutur.

“Report” xəbər verir ki, bu barədə ölkənin energetika naziri Əbdüləziz bin Salman bildirib.

“Bərpa olunan mənbələr sarıdan ikinci Almaniya olacağıq”, - nazir qeyd edib.

Bundan əvvəl Günəş enerjisinin istifadəsinə dair də geniş planlarını açıqlamış hökumət bununla yanaşı, “mavi” və “yaşıl” hidrogen istehsalında, istilik qaz tullantılarının idarəolunması sahəsində xarici ölkələrlə əməkdaşlıq etmək niyyətindədir.

Enerji qənaəti sahəsində proqramlar tətbiq edən Səudiyyə Ərəbistanı ötən ilin sentyabr ayında dünyada ilk dəfə amonyaka çevrilmiş “mavi” hidrogeni Yaponiyaya ixrac edib. Həmçinin Neom şəhərindəki müəssisədə 2025-ci ildən Günəş enerjisinin istifadəsilə hidrogen istehsalına başlamaq nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi