Səudiyyə Ərəbistanı Yaponiya şirkəti ilə birgə "günəş ferma"sı yaradacaq

Səudiyyə Ərəbistanı Yaponiya şirkəti ilə birgə "günəş ferma"sı yaradacaq Bakı. 28 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Yaponiyanın “Softbank” telekommunikasiya şirkəti ilə birgə günəş ferması yaradacaq.
Energetika
28 Mart , 2018 12:55
Səudiyyə Ərəbistanı Yaponiya şirkəti ilə birgə günəş ferması yaradacaq

Bakı. 28 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Yaponiyanın “Softbank” telekommunikasiya şirkəti ilə birgə "günəş ferması" yaradacaq.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Bununla bağlı niyyət protokolunu Nyu-Yorkda (ABŞ) Səduiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ben Salman Əl Saud və “Softbank”ın baş direktoru Masayeşi Son imzalayıblar. Sənədə əsasən, tərəflər bu ilin may ayına layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamalıdırlar. 2019-cu ildə günəş qurğuları istifadəyə veriləcək. "Ferma"nın ümumi gücünün 2030-cu ildə 200 QVT olacağı proqnozlaşdırılır. 

Yaponlar Səudiyyə Ərəbistanında günəş panellərinin istehsalını inkişaf etdirəcəklər. Bu çərçivədə 100 min yeni iş yerinin açılması nəzərdə tutulub. Layihənin reallaşması krallığın ümumi daxili məhsulunun ildə 40 mlrd. dollarlıq artmasına imkan verəcək. 

Son xəbərlər

Orphus sistemi