Səudiyyə Ərəbistanı və İraq Avropaya neft tədarükünü xeyli artırıb

Səudiyyə Ərəbistanı və İraq Avropaya neft tədarükünü xeyli artırıb Rusiyanın enerji daşıyıcılarından tədricən imtina fonunda Səudiyyə Ərəbistanı və İraq Avropaya neft tədarükünü artırır.
Energetika
23 İyul , 2022 11:24
Səudiyyə Ərəbistanı və İraq Avropaya neft tədarükünü xeyli artırıb

Rusiyanın enerji daşıyıcılarından tədricən imtina fonunda Səudiyyə Ərəbistanı və İraq Avropaya neft tədarükünü artırır.

“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Yaxın Şərqdən tədarüklər gündə 2,2 milyon barelə qədər arta bilər. Bu, yanvar ayı ilə müqayisədə 90% çoxdur.

Səudiyyə Ərəbistanı neftlə dolu tankerləri Misirə çatdırır, oradan xammal Qırmızı dənizdəki Ayn Sohna terminalını Aralıq dənizindəki Sidi Kerir limanı ilə birləşdirən “Sumed” boru kəmərinə daxil edilir. Aralıq dənizindəki Sidi Kerir limanında neft yenidən tankerlərə yüklənilir və Avropaya göndərilir.

İyulun ilk üç həftəsində boru kəməri ilə sutkada 1 milyon bareldən çox neft axıb - bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə, keçən ayla müqayisədə isə 200 min barel çoxdur.

İraq isə nefti yalnız dəniz yolu ilə göndərir. Ümumilikdə Süveyş kanalı vasitəsilə Fars körfəzindən Aralıq dənizinə üzən tankerlər gündə təxminən 1,2 milyon barel neft daşıyıb. Neftin böyük hissəsi İraqda yüklənib.

Son xəbərlər

Orphus sistemi