Səudiyyə Ərəbistanı OPEC+ üzrə görüşə ehtiyac görmür

Energetika
  • 10 mart, 2020
  • 13:28
Səudiyyə Ərəbistanı OPEC+ üzrə görüşə ehtiyac görmür

Səudiyyə Ərəbistanı may-iyun aylarında OPEC+ format çərçivəsində görüşün keçirilməsini mənasız hesab edir.

“Report” xəbər verir ki, bunu “Reuters” agentliyinə Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman bildirib.

“May-iyun aylarında görüş keçirilməsi hazırkı böhranla mübarizədə sadəcə uğursuzluğun göstəricisi olardı. Sərbəst bazarda hər bir neft hasilatçısı öz rəqabətqabiliyyətliliyini göstərməli, bazar payını qorumalı və artırmalıdır”, - nazir qeyd edib.

Qeyd edək ki, OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin (“OPEC+”) iştirakçılarının martın 6-da keçirdiyi iclasın yekununda sazişin gələcəyi ilə bağlı razılığa gəlinməyib. Görüşdən öncə neft hasilatının gündəlik daha 1,5 mln. barel azaldılması və mövcud sazişin (1,7 mln. barel azalma) müddətinin ilin sonuna qədər uzadılması ilə bağlı təklif edilib. Nəticədə ötən gün neft 25%-dək ucuzlaşıb. 

Son xəbərlər

Bütün Xəbər Lenti