Yuxarı

​Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaqdan imtina edib

Krallıq öz bazar payını qoruyub saxlayacaq

Bakı. 19 fevral. REPORT.AZ/ "Səudiyyə Ərəbistanı hakimiyyəti neft hasilatı həcmlərini azaltmağa hazır deyil".

"Report" xəbər verir ki, bunu Krallığın xarici işlər naziri Adil əl-Cubeyr deyib.

"Əgər digər istehsalçılar əlavə həcmlərlə bağlı (neft hasilatını) məhdudlaşdırmaq və ya dondurmaq istəyirlərsə, bu, bazara təsir edə bilər, lakin Səudiyyə Ərəbistanı buna hazır deyil", - o qeyd edib.

Əl-Cubeyrin sözlərinə görə, "Krallıq bazardakı payını qoruyub saxlayacaq və biz bunu bəyan etmişik". Nazir, həmçinin qeyd edib ki, neft məsələsini təkliflər, tələbat və bazar qüvvələri müəyyən edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi