Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracını azaldacaq

Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracını azaldacaq Bakı. 14 dekabr. REPORT.AZ/ Hasilata və ehtiyatlarına görə dünyanın ən iri neft şirkəti olan Səudiyyə Ərəbistanının Saudi Aramco şirkəti qarşıdakı həftələrdə ABŞ-a neft ixracını azaltmağı planlaşdırır.
Energetika
14 Dekabr , 2018 10:17
Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracını azaldacaq
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ Hasilata və ehtiyatlarına görə dünyanın ən iri neft şirkəti olan Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkəti qarşıdakı həftələrdə ABŞ-a neft ixracını azaltmağı planlaşdırır.

Bu barədə "Report" "Bloomberg"ə istinadən xəbər verir.

Agentliyin məlumatına əsasən, ABŞ-ın neft emalı zavodları yanvarda əvvəlki aylara nisbətən xeyli az həcmdə neft alacağı ilə bağlı məlumatlandırılıb. Bu addım OPEC və əsas neft istehsalçısı ölkələrin hasilatı azaltmaqla bağlı qərarı ilə bağlıdır.

Agentlik gələn ilin əvvəlində krallıqdan ABŞ-a neft təchizatının sutkada 582 min barelə qədər azala biləcəyini istisna etmir. Bu, son kvartal üzrə hesablamada Səudiyyə Ərəbistandan neft ixracının orta həcmindən 40% azdır.

Qeyd edilir ki, "Saudi Aramco"nun planları ABŞ-ın "Valero Energy", "Phillips 66", "Chevron", "Exxon Mobil" və "Marathon Petroleum" şirkətlərinə təsir edəcək. ABŞ Səudiyyə neftinin çatışmazlığını Meksika, Kanada və Venesueladan ixracı artırmaqla doldurmalı olacaq.

Son xəbərlər

Orphus sistemi