Şərq-Qərb yüksək təzyiqli qaz xəttinin Gürcüstan ərazisindəki 19 kilometrlik hissəsi təmir olunub

Şərq-Qərb yüksək təzyiqli qaz xəttinin Gürcüstan ərazisindəki 19 kilometrlik hissəsi təmir olunub Bununla Azərbaycandan Gürcüstana verilən təbii qazın səmərəli axını təmin ediləcək
Energetika
19 Dekabr , 2017 14:13
Şərq-Qərb yüksək təzyiqli qaz xəttinin Gürcüstan ərazisindəki 19 kilometrlik hissəsi təmir olunub

Tbilisi. 19 dekabr. REPORT.AZ/ Gürcüstanın Neft və Qaz Korporasiyası Şərq-Qərb yüksək təzyiqli qaz xəttinin Azərbaycan ilə sərhəddən başlayaraq “Qırmızı Körpü-Qardabani” bölməsinin 19 kilometrlik hissəsini təmir edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tikinti-quraşdırma işlərinə 4,4 milyon GEL (təqribən 1,7 milyon dollar) vəsait xərclənib. Bu qiymətə tikinti materialları daxil deyil.

Bu sahədəki 1959-cu ildə çəkilmiş, erroziyaya uğramış borular, 700 millimetrlik diametrində yeni borularla əvəzlənib.

Tikintisi başa çatan bu xətt yüksək təzyiqli magistral qaz kəmərləri sisteminin fəaliyyətinin etibarlılığını əhəmiyyətli dərəcədə artıracaq və Azərbaycandan Gürcüstana verilən təbii qazın səmərəli axını təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi