Serdar Ünsal: “STAR zavodu Türkiyənin neft sənayesinin inkişafına böyük töhfə verəcək”

Serdar Ünsal: “STAR zavodu Türkiyənin neft sənayesinin inkişafına böyük töhfə verəcək” Tbilisi. 15 noyabr. REPORT.AZ/ “Azərbaycan investisiyaları əsasında İzmirdə inşa olunmuş STAR Neft Emalı Zavodu Türkiyənin neft sənayesinin inkişafına çox böyük töhfə verəcək”.
Energetika
15 Noyabr , 2018 13:17
Serdar Ünsal: “STAR zavodu Türkiyənin neft sənayesinin inkişafına böyük töhfə verəcək”
Türkiyə-Gürcüstan Biznes Şurasının vitse-prezidenti Serdar Ünsal / Report
0 : 00
0 : 00

Tbilisi. 15 noyabr. REPORT.AZ/ “Azərbaycan investisiyaları əsasında İzmirdə inşa olunmuş STAR Neft Emalı Zavodu Türkiyənin neft sənayesinin inkişafına çox böyük töhfə verəcək”.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bunu Türkiyə-Gürcüstan Biznes Şurasının vitse-prezidenti Serdar Ünsal jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyalar davam edir: “STAR zavodu Türkiyənin iqtisadi inkişafına böyük töhfə verəcək. Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu investisiyaların daha da artırılmasını istəyirik. TANAP layihəsi və STAR zavodu həqiqətən də iqtisadi mənada Azərbaycan və Türkiyəni bir-birinə sıx bağlayır”.

S.Ünsal Türkiyənin Azərbaycan və Gürcütanla mükəmməl biznes münasibətlərinin olduğunu deyib: “Gürcüstan da bizə Azərbaycan kimi dost və qardaş ölkədir. Türkiyə və Gürcüstan arasında iqtisadi sahədə iş birliyinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bugünkü biznes forumun keçirilməsində də məqsəd bu əlaqələrin inkişafına dəstək verməkdir. Gürcüstanın həm dövlət qurumları, həm də biznes sektoru Türkiyə ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərir”.

Vitse-prezident qeyd edib ki, Bakıda da Türkiyə-Azərbaycan biznes forumunun təşkil olunması nəzərdə tutulub.

Qeyd edək ki, bu gün Tbilisidə Gürcüstanın Ticarət və Sənaye Palatası və Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) təşkilatçılığı ilə Gürcüstan-Türkiyə biznes forumu keçirilir. 

Son xəbərlər

Orphus sistemi