Serbiyalı nazir: "SGC Cənubi və Cənub-Şərqi Avropada qaz kəmərlərinin birləşdirilməsinə təkan verib"

Serbiyalı nazir: "SGC Cənubi və Cənub-Şərqi Avropada qaz kəmərlərinin birləşdirilməsinə təkan verib" "Cənubi Qaz Dəhlizi (SGC) layihəsi Avropa ölkələrinə qaz tədarükünü daha təhlükəsiz həyata keçirməklə yanaşı həm də Cənubi və Cənub-Şərqi Avropa ölkələrini Azərbaycan qazı ilə təchiz etmək üçün onların qaz kəmərlərinin interkonnektorlar vasitəsilə birləşd
Energetika
31 Yanvar , 2022 17:26
Serbiyalı nazir: SGC Cənubi və Cənub-Şərqi Avropada qaz kəmərlərinin birləşdirilməsinə təkan verib
Zorana Mihayloviç

"Cənubi Qaz Dəhlizi (SGC) layihəsi Avropa ölkələrinə qaz tədarükünü daha təhlükəsiz həyata keçirməklə yanaşı həm də Cənubi və Cənub-Şərqi Avropa ölkələrini Azərbaycan qazı ilə təchiz etmək üçün onların qaz kəmərlərinin interkonnektorlar vasitəsilə birləşdirilməsinə təkan verib".

Bunu “Report”a müsahibəsində Serbiyanın baş nazir müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mihayloviç bildirib.

"SGC təbii qaz nəql edən ən mühüm sistemlərdən biri olaraq Azərbaycan qazını Avropa ölkələrinə tədarükünü həyata keçirməyə imkan yaradıb. Layihənin Məşvərət Şurasının qarşıdakı 8-ci iclasında Avropa İttifaqının yeni sənədləri baxımdan enerji dəyişikliyində təbii qazın rolu, habelə azkarbonlu iqtisadiyyata keçmək yolundakı mövcud maneələr müzakirə olunacaq. Məşvərət Şurası SGC layihəsini çoxtərəfli səviyyədə saxlayaraq həyata keçirilməsi üçün iştirakçı ölkələr arasında yaxından əməkdaşlığı nəzərdə tutan müvafiq üsullar tapıb", - deyə o qeyd edib.

Nazir hazırda Serbiyanı Bolqarıstan üzərindən SGC-yə qoşacaq qaz kəmərinin tikintisinin davam etdiyini də bildirib: “Bütövlükdə qonşuluqda olan bütün qaz kəmərlərinə qoşulmağı nəzərdə tuturuq.

Təbii qaz zəngini olmayan ölkələrin enerji təhlükəsizliyini gücləndirmək baxımdan tədarük yollarının və mənbələrinin çaxələndirilməsi strateji zərurətdir. Serbiya da bu istiqamətdə hərtərəfli işlər görür. Belə ki, 2020-ci ildə “Balkan axını” kəmərinin istismara verilməsilə Serbiya və Macarıstana Bolqarıstan üzərindən tədarükə başlanıb".

SGC Məşvərət Şurasının 8-ci iclası fevralın 4-də Bakıda keçiriləcək. Əvvəlki kimi bu dəfəki iclasda da SGC layihəsində iştirak edən SOCAR, BP, TPAO və sair şirkətlərin, habelə Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya, Böyük Britaniya, ABŞ rəsmilərinin iştirak edəcəyi gözlənilir. Bununla yanaşı, Serbiya, Macarıstan, Rumıniya, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və başqa ölkələrin də iştirak edəcəyi istisna deyil.

Son xəbərlər

Orphus sistemi