Serbiya Azərbaycanın irəli sürdüyü qlobal vədlərə qoşulmağa dəvət edilib

Serbiya Azərbaycanın irəli sürdüyü qlobal vədlərə qoşulmağa dəvət edilib ​​​​​​​Serbiya Azərbaycan tərəfindən irəli sürülən qlobal vədlərə qoşulmağa dəvət edilib
Energetika
26 Sentyabr , 2024 20:10
Serbiya Azərbaycanın irəli sürdüyü qlobal vədlərə qoşulmağa dəvət edilib

Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Serbiyanın Baş nazirinin müavini və ətraf mühitin mühafizəsi naziri İrena Vujoviç ilə görüşdə hər iki ölkənin dövlət başçılarının dostluq və tərəfdaşlıq münasibətlərinin ikitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən enerji sektorunda inkişafına təkan verdiyi qeyd edilib.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, ölkələr arasında enerji əməkdaşlığının hazırkı vəziyyəti yüksək qiymətləndirilib. Bu yaxınlarda Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair imzalanmış sazişdən bəhs edilib.

Serbiya ilə “yaşıl enerji” sahəsində əməkdaşlığın enerji keçidi və iqlim hədəflərinə töhfə verəcəyi bildirilib. Görüşdə karbon emissiyalarının azaldılması, bu istiqamətdə yeni texnologiyalardan istifadə və COP29 çərçivəsində əməkdaşlıq müzakirə edilib.

COP29 Sədrliyinin qlobal təşəbbüslərindən danışılıb və Serbiya Azərbaycan tərəfindən irəli sürülən qlobal vədlərə qoşulmağa dəvət edilib.

18:50

Serbiya Azərbaycan tərəfindən irəli sürülən qlobal vədlərə qoşulmağa dəvət edilib.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, Serbiyanın Baş nazirinin müavini və ətraf mühitin mühafizəsi naziri İrena Vujoviç ilə görüşüb: “Görüşdə yaşıl enerji keçidi, karbon emissiyalarının azaldılması və COP29 çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. COP29 Sədrliyinin qlobal iqlim hədəflərinə töhfə verməyi hədəfləyən təşəbbüslərindən danışdıq”.

Son xəbərlər

Orphus sistemi