Səngəçal terminalı II rübün sonunadək əlavə qaz qəbuluna hazır olacaq

Səngəçal terminalı II rübün sonunadək əlavə qaz qəbuluna hazır olacaq Bakı. 21 fevral. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz-kondensat yatağının II mərhələsinin işlənməsi çərçivəsində genişləndirilən Səngəçal terminalı bu ilin II rübünün sonunadək əlavə qaz qəbuluna və qazı Cənubi Qafqaz Boru Kəməri sisteminə vurmağa hazır olacaq.
Energetika
21 Fevral , 2018 16:09
Səngəçal terminalı II rübün sonunadək əlavə qaz qəbuluna hazır olacaq

Bakı. 21 fevral. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının II mərhələsinin işlənməsi çərçivəsində genişləndirilən Səngəçal terminalı bu ilin II rübünün sonunadək əlavə qaz qəbuluna və qazı Cənubi Qafqaz Boru Kəməri sisteminə vurmağa hazır olacaq.

"Report" xəbər verir ki, bunu Səngəçal terminalının genişləndirilməsi layihəsinin baş meneceri Rəhman Rəhmanov bildirib.

Layihə meneceri qeyd edib ki, "Şahdəniz-2" üzrə qurudakı əməliyyatlar (Səngəçal terminalının genişləndirilməsi) üzrə tikinti işləri yekunlaşıb. Onun sözlərinə görə, istismaravermə sınaq işləri 94%-dən çox tamamlanıb: "İstismaravermə sınaqlarının I rübdə yekunlaşması gözlənilir. Əməliyyatlara başlamaq üçün işlər 2018-ci ilin II rübünün sonunadək hazır olacaq".

R.Rəhmanov qeyd edib ki, Səngəçal terminalının "Şahdəniz-1" qazı üzrə gündəlik ötürücülük gücü hazırda 1 mlrd. kubfut təşkil edir. "Şahdəniz" Mərhələ II çərçivəsində Səngəçal terminalının gündəlik ötürücülüyü 1,8 mlrd. kubfut artacaq. Yəni "Şahdəniz" qazı üçün ümumi güc 2,8 mlrd.kubfut/gün olacaq".

O bildirib ki, "Şahdəniz" Mərhələ II çərçivəsində terminalda genişləndirmə 70-80 hektar ərazini əhatə edir.

Layihə meneceri qeyd edib ki, "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin inşası zamanı pik vaxtda təkcə Azərbaycanda 24 min nəfər çalışıb.

Onun sözlərinə görə, işlərin pik vaxtında təkcə Səngəçalda 9 500 nəfər çalışıb: "İşlər çərçivəsində 2,2 mln. metr kabel quraşdırılıb, 134 km boru kəməri sistemləri, 19 min ton metal konstruksiya quraşdırılıb. Ümumilikdə, 50 mln.saat-iş görülüb və 54 mln. km məsafə qət edilib. Müvəqqəti qurğuların sökülməsi qrafik üzrə davam edir və 81% tamamlanıb".

Son xəbərlər

Orphus sistemi