“Səngəçal dəniz - Duvannı dəniz - Xərə-Zirə” yatağında 2D seysmik işləri aparılır

“Səngəçal dəniz - Duvannı dəniz - Xərə-Zirə” yatağında 2D seysmik işləri aparılır Çöl işlərinin avqust ayında yekunlaşdırılması planlaşdırılır
Energetika
22 İyun , 2017 11:11
“Səngəçal dəniz - Duvannı dəniz - Xərə-Zirə” yatağında 2D seysmik işləri aparılır

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İdarəsi “Səngəçal dəniz-Duvannı dəniz - Xərə-Zirə” yatağında 2D seysmik işləri davam etdirir.

“Report” SOCAR-a istinadən xəbər verir ki, ümumilikdə 380 xətti kilometr həcmində işlərin 300 xətti kilometrlik hissəsi artıq görülüb. Çöl işlərinin avqust ayında yekunlaşdırılması planlaşdırılır. Əldə ediləcək materiallar “Kəşfiyyatgeofizika” İdarəsi tərəfindən emal və interpretasiya olunacaq.

Qeyd edək ki, yatağın qalıq ehtiyatlarının müəyyənləşdirilməsi, tektonikasının və geoloji quruluşunun dəqiqləşdirilməsi, yeni modelinin qurulması, eləcə də karbohidrogenlərin yayılma arealının proqnozlaşdırılması məqsədi ilə aparılan seysmik işlərə mart ayında start verilib.

Son xəbərlər

Orphus sistemi