Səkkiz ayda BTC ilə 22,3 mln. ton neft nəql edilib

Səkkiz ayda BTC ilə 22,3 mln. ton neft nəql edilib Bakı. 17 sentyabr REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 27 380,2 min ton neft nəql edilib.
Energetika
17 Sentyabr , 2018 15:15
Səkkiz ayda BTC ilə 22,3 mln. ton neft nəql edilib

Bakı. 17 sentyabr REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 27 380,2 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 81,4%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Belə ki, cari ilin yanvar-avqust ayları ərzində bu kəmər vasitəsilə 22 288,7 min ton neft ötürülüb.

Magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 4,4%, BTC ilə nəqlin həcmi 0,8% azalıb.

Dövr ərzində BTC kəməri ilə 4 207,8 min ton tranzit nefti də nəql edilib ki, bu da ötən ilin müvafiq dövründən 2,46% azdır.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

"BTC Co."nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "Itochu" (3,40%), "Inpex" (2,50%), “ExxonMobil” (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi