Yuxarı

Şəkinin bir neçə kəndinə ilk dəfə təbii qaz verilib

Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək

Şəki. 10 sentyabr. REPORT.AZ/ Bu gün Şəki rayonunun Birinci Biləcik, Şorsu və Qudula kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. "Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentlərii Mikayıl İsmayılov, Bədəl Bədəlov, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, Şəki RİH-nin başcısı Elxsan Usubov və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər. 

Bildirilib ki, 421 abonenti olan Birinci Biləcik kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 32 500 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə 421 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

432 abonenti olan Şorsu kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 28 996 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkiib, bütün abonentlər sayğac və fərdi tənzimləyici ilə təmin edilib. 

Qudula kəndinin qazlaşdırılması zamanı 22 509 metr uzunluğunda qaz xətləri çəkilmiş, mənzillərə 197 ədəd sayğac və fərdi tənzimləyici quraşdırııb. 

Qeyd olunmuşdur ki, hazırda Şəkinin daha 6 kəndində (Qayabaşı, Şəki kənd, Kiçik Dəhnə, Cumakənd, Baş Göynük və Baş Layısqı kəndlərində) qaz çəkilişləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək. 

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb və qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi