Şəki və Neftçalanın 8 kəndinin elektrik enerjisi şəbəkəsi yenidən qurulacaq

Şəki və Neftçalanın 8 kəndinin elektrik enerjisi şəbəkəsi yenidən qurulacaq “Report”un “Azərişığ”a isti
Energetika
26 Yanvar , 2022 10:49
Şəki və Neftçalanın 8 kəndinin elektrik enerjisi şəbəkəsi yenidən qurulacaq

“Azərişıq” ASC bu ildən ölkənin regionlarında start verdiyi yeni layihə çərçivəsində Şəki və Neftçalanın ümumilikdə 8 kəndinin elektrik enerjisi şəbəkəsini yenidən quracaq.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, bunlar Şəki rayonunun Baş Zəyzid, Şirinbulaq, Aşağı Göynük, Aşağı Daşağıl, Neftçala rayonunun Şorkənd, Bala Surra, Qədimkənd və Yeniqışlaq kəndləridir.

Belə ki, Şəkidə 1 826 abunəçinin yaşadığı kəndlərdə 41 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılacaq, 95 km-a yaxın 10 kV-luq, 103 km-a yaxın 0,4 kV-luq elektrik xətləri və abunəçilərin sayğacları yenilənəcək.

Neftçalada isə 714 abunəçinin yaşadığı kəndlərdə 15 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılacaq, 28 km-dan çox 10 kV-luq xətt, 46 km-dan çox 0,4 kV-luq elektrik xətləri və abunəçilərin sayğacları yenilənəcək.

Son xəbərlər

Orphus sistemi