Şəhid qadın hərbçinin ailəsinin yaşadığı ev qazlaşdırılıb

Şəhid qadın hərbçinin ailəsinin yaşadığı ev qazlaşdırılıb Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi şəhid qadın hərbçinin ailəsinin yaşadığı evi qazlaşdırıb
Energetika
23 Mart , 2021 12:24
Şəhid qadın hərbçinin ailəsinin yaşadığı ev qazlaşdırılıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi şəhid qadın hərbçinin ailəsinin yaşadığı evi qazlaşdırıb.

Bu barədə “Report”a “Azəriqaz”dan məlumat verilib.

Xatırladaq ki, Arəstə Baxışova Vətən müharibəsində şəhid olan ilk qadın hərbiçidir. Oktyabrın 24-də yaralı hərbiçiləri döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gəlib.

Arəstə Baxışovanın Zəhra və Mərdan adlarında iki övladı bizə xatirə qalıb. Arəstə sentyabrın 27-də başlayan döyüşlər zamanı hərbiçilərə tibbi yardım göstərilməsi üçün cəbhəyə yollanır. Bir neçə istiqamətdə qorxmadan, yorulmadan vəzifəsini icra edir. Anasına döyüşlərin ən qızğın yerlərində olduğunu heç vaxt bildirmir. Hamı elə bilir ki, Arəstə hərbi hospitalda yaralı əsgərlərə tibbi xidmət göstərir. Ordumuzun zabitləri oktyabrın 24-də Arəstənin anası Məktubə Baxışovaya zəng edərək “bağışla ana, bacımızı qoruya bilmədik” xəbərini verirlər. Qızının şəhid olmasına hələ də inana bilməyən ana özü dərhal cəbhə zonasına yola düşür.

Şəhid Arəstə Baxışovanın ailəsi Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayır. Evlərində bu günədək təbii qazdan istifadə etməyiblər. Yalnız elektrik enerjisi ilə evi çətinliklə də olsa, isitməyə çalışıblar, lakin bu o qədər də yaxşı alınmaylb. Onlar “Azəriqaz” İstehsalat Birliyinə müraciət etməsə belə əməkdaşlarımız bundan xəbər tutaraq ailəyə baş çəkib. Razılıqlarını aldıqdan sonra fərdi yaşayış evində qazlaşma işlərinin aparılmasına başlanılıb.

Bu mövzuya aid video çarxla aşağıdakı ünvandan tanış ola bilərsiniz:

Son xəbərlər

Orphus sistemi