Səfir: Yunanıstan ehtiyac olarsa, TAP-ın genişləndirilməsinə dəstək verməyə hazırdır

Səfir: Yunanıstan ehtiyac olarsa, TAP-ın genişləndirilməsinə dəstək verməyə hazırdır Yunanıstan ehtiyac yaranacağı təqdirdə TAP-ın genişləndirilməsinə dəstək verməyə hazırdır.
Energetika
3 aprel 2025 19:42
Səfir: Yunanıstan ehtiyac olarsa, TAP-ın genişləndirilməsinə dəstək verməyə hazırdır

Yunanıstan ehtiyac yaranacağı təqdirdə TAP-ın genişləndirilməsinə dəstək verməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias bu ölkənin Milli Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda danışıb.

Diplomat vurğulayıb ki, TAP Yunanıstanın üçüncü ən böyük təbii qaz idxalçısıdır və ölkənin ümumi qaz idxalının təxminən 25 faizini təşkil edir:

“Yunanıstan ehtiyac yaranacağı təqdirdə, TAP-ın genişləndirilməsinə dəstək verməyə hazırdır ki, bu da artan enerji tələbatını qarşılamağa imkan verəcək. Bundan əlavə, Yunanıstan enerji infrastrukturunun gələcəyinə diqqət yetirir və bugünkü qaz kəmərlərinin gələcəkdə hidrogen nəqli üçün uyğunlaşdırıla biləcəyini nəzərə alır”.

O qeyd edib ki, IGB boru kəməri də strateji əhəmiyyətə malikdir və bizi bolqar dostlarımızla birləşdirir. Bu boru kəməri Rumıniya, Moldova və uzun müddətdir çətinliklərlə üzləşən Ukraynanın enerji təhlükəsizliyini təmin etmək potensialına malikdir.

Səfirin sözlərinə görə, enerji sektorundakı Azərbaycan-Yunanıstan  əməkdaşlığı artıq uğur hekayəsinə çevrilib.

"Cənubi Qaz Dəhlizinin (SGC) mühüm hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) strateji infrastruktur layihəsidir və Azərbaycanın qazını Avropaya çatdırır. Bu, qitənin mühüm enerji təchizatı problemləri ilə üzləşdiyi bir dövrdə xüsusi əhəmiyyət daşıyır. TAP 4 ildən artıqdır ki, Azərbaycanın təbii qazını Yunanıstan, İtaliya və Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə digər ölkələrə təhlükəsiz və etibarlı şəkildə nəql edir”.

Son xəbərlər

Orphus sistemi