Yuxarı

Səfir: "Petkim"də çalışan əməkdaşların saxlanılması ancaq hüquq çərçivəsində icra edilir"

İsmayıl Alper Coşğun: Türkiyəyə xainlik edənlər cəzalarını alacaqlar

Bakı. 5 avqust. REPORT. AZ/ "Azərbaycan Türkiyənin ciddi tərəfdaş ölkəsidir, Türkiyəyə ən iri sərmayə yatıran ölkələrdən biridir". 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşğun bildirib: "Petkim" layihəsi də Azərbaycanın Türkiyədə reallaşdırdığı ən mühüm layihələrindəndir".

Səfirin sözlərinə görə, Türkiyədə baş verən hadisələrlə əlaqədar "Petkim"də çalışan müəyyən əməkdaşların saxlanılması ancaq hüquq çərçivəsində icra edilir: "Türkiyəyə xainlik edənlər öz cəzalarını alacaqlar, bu işdə əli olmayan, vicdanı təmiz olanlar isə haqq-ədalətə qovuşacaqlar. Dövlətimiz bu işi olduqca diqqətlə araşdırır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi