Kazım Cəlali: "İran neftin qiymətinin sabitləşməsinə tərəfdardır"

Kazım Cəlali: "İran neftin qiymətinin sabitləşməsinə tərəfdardır" İran neft hasilatını azaltmağın zəruri olduğuna inanır və bazarda sabitləşmə yönündəki səylərin artırılmasına tərəfdardır.
Energetika
13 May , 2020 13:46
Kazım Cəlali: İran neftin qiymətinin sabitləşməsinə tərəfdardır

"İran neft hasilatını azaltmağın zəruri olduğuna inanır və bazarda sabitləşmə yönündəki səylərin artırılmasına tərəfdardır".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Rusiyadakı səfiri Kazım Cəlali bildirib.

“Həm OPEC, həm də OPEC+ üzvü olan İran istehsalı azaltmağın, habelə bazarda tarazlıq yaranması, neft qiymətlərinin sabitləşməsi üçün bütün neft istehsalçısı ölkələr arasında əməkdaşlığın zəruri olduğuna inanır. Bu məqsədlə İran İslam Respublikası neft naziri Bijan Namdər Zənganəh bəzi həmkarları ilə danışıqlar aparıb. İran neft qiymətlərinin tarazlı və sabit olmasına tərəfdardır. Bu, neftin həm istehsalçılarının, həm də istehlakçılarının xeyrinədir”, – diplomat qeyd edib.

Xatırladaq ki, aprelin 12-də OPEC+ formatının iştirakçısı olan ölkələr uzun müzakirələrdən sonra may-iyun aylarında hasilatı (2018-ci ilin oktyabr səviyyəsinə nisbətən) 9,7 milyon barel həcmində azaltmaq barədə yeni razılığa gəliblər. Sonrakı dövrdə ilin sonunadək azaltmanın həcmi 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə 5,8 milyon barel nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi