Səfir: "Belarus Azərbaycan neftini emal üçün qəbul etməyə hazırdır"

Səfir: "Belarus Azərbaycan neftini emal üçün qəbul etməyə hazırdır" Belarus SOCAR yanacaqdoldurma məntəqələri şəbəkəsinin açılması məqsədilə əməkdaşlığa açıqdır
Energetika
28 Dekabr , 2017 14:29
Səfir: Belarus Azərbaycan neftini emal üçün qəbul etməyə hazırdır
Report/ Orkhan Azim

Bakı. 28 dekabr. REPORT.AZ/ "Belarus SOCAR-ın Azərbaycan neftini sonrakı emal üçün Belarus zavodlarına tədarük etməsi imkanlarını nəzərdən keçirir".

"Report" xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında bildirib.

"Ukraynanın tranzit neft boru kəmərləri neft aşırmasına hazır vəziyyətdə olmadı, dəmir yolu nəqliyyatı ilə aşırma isə çox xərc tələb edir. Boru kəmərlərindən istifadə edərkən mənfəət xeyli artır. Azərbaycan neftinin Ukrayna tranzit boru kəmərləri vasitəsilə tədarükünü asanlaşdırmaq üçün gələn il Belarus ərazisində boru kəməri infrastrukturunu yeniləmək niyyətindəyik", - deyə səfir əlavə edib.

Onun sözlərinə görə, Belarus neft emalı zavodlarında emal ediləcək Azərbaycan neft məhsulları SOCAR-ın daha fəal olduğu ölkələrdə reallaşdırıla bilər.

"Belarusda yanacaqdoldurma məntəqələri şəbəkəsinin açılması məqsədilə əməkdaşlığa, bu məsələni müzakirə etməyə hazırıq. Hazırda bu məsələ qarşılıqlı maraq müstəvisində həll edilir", - deyə səfir Belarusda SOCAR-ın yanacaqdoldurma məntəqələri şəbəkəsinin açılması imkanlarını şərh edərkən vurğulayıb.

Son xəbərlər

Orphus sistemi