Xəzərin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” perspektiv strukturunda ilk kəşfiyyət quyusunun qazılması üçün
“Report” xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə bildirib.
Onun sözlərinə görə, quyunun qazılmasına ilin sonuna başlanılması planlaşdırılır.
“Burada hər şey hava şəraitindən, qurğunun yerləşdirilməsi və aparılan sınaqlardan asılıdır. Növbəti həftələrdə bu quyunun qazma işlərinə başlanılacaq. Bu məsələ gələn ilin yanvar ayına da keçə bilər. Hələ ki, qazma qurğusunun quraşdırılması işləri aparılır və yekunlaşmaq üzrədir. Qurğunun quraşdırılma işləri yekunlaşdıqdan sonra sınaq işlərinə başlanılacaq”, - o qeyd edib.
Qeyd edək ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (