“Şəfəq-Asiman” blokunun qaz-kondensat ehtiyatları qiymətləndirilir

“Şəfəq-Asiman” blokunun qaz-kondensat ehtiyatları qiymətləndirilir İlk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində 7 189 metr dərinlikdə tamamlanıb
Energetika
29 Aprel , 2021 14:45
“Şəfəq-Asiman” blokunun qaz-kondensat ehtiyatları qiymətləndirilir

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində 7 189 metr dərinlikdə tamamlanıb.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib. Lakin bu ehtiyatların qiymətləndirilməsi üçün əlavə işlərə ehtiyac var və buna görə də nəticələrə baxmaq və potensial olaraq bir yanlülə qiymətləndirmə quyusu da daxil olmaqla qiymətləndirmə işlərinin növbəti addımlarını planlaşdırmaq məqsədilə qazma işlərinin müvəqqəti dayandırılması qərara alınıb.

Xatırladaq ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50 %-dir. Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi