Yuxarı

​Şefçoviç: "2020-ci ilədək Avropa İttifaqına əsas qaz Azərbaycandan gəlməlidir"

2030-ci ildə Aİ-yə ildə 380-450 mlrd. kubmetr qaz lazım ola bilər

Bakı. 8 oktyabr. REPORT.AZ/ "2030-ci ildə Avropa İttifaqına (Aİ) ildə 380-450 milyard kubmetr qaz lazım ola bilər, bu səviyyəni Aİ-nin hazırda "mavi yanacağ"a olan tələbatı ilə müqayisə edəcəyik".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyası sədrinin enerji ittifaqı üzrə müavini Maroş Şefçoviç Parisdə keçirilən konfransda bildirib.

"2030-cu ildə bizə nə qədər qaz lazım olacaq? Analitiklərimiz bildirirlər ki, bizim təqribən 380-450 milyard kubmetr qaza ehtiyacımız olacaq. Bu, demək olar ki, hazırkı ilə eynidir. Bu onunla əlaqəlidir ki, biz öz səmərəliliyimizi, bərpa olunan enerjinin payını artıracağıq", - deyə o çıxışı zamanı bildirib.

"Bu qaz haradan gəlməlidir? Burada əsas layihələr 2020-ci ilədək Azərbaycandan Avropa İttifaqına qaz gətirməli olan "Cənub qaz dəhlizi", həmçinin Aralıq dənizində qaz mərkəzi üzərində işlərdir. Bundan əlavə, biz Norveçlə, Əlcəzairlə yaxşı əməkdaşlıq edirik. Biz maye təbii qaz üzrə yeni strategiya hazırlayırıq… Bu qaz növü kifayət qədər mühüm rol oynaya bilər", — deyə o qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi