“Səadan” yatağında yeni quyu istismara verilib

“Səadan” yatağında yeni quyu istismara verilib Quyu gündəlik 6 ton neft hasilatı ilə istismar fonduna qəbul olunub
Energetika
14 Mart , 2017 12:00
“Səadan” yatağında yeni quyu istismara verilib

Bakı. 14 mart. REPORT.AZ/ “Səadan” yatağında 1834 nömrəli quyu qazmadan sonra istismara verilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qovundağ-Maykop Lay Dəstəsinə qazılmış quyu dərinlik nasosu üsulu ilə məhsul verib, 1 400-735 metr intervaldan gündəlik 6 ton neft hasilatı ilə istismar fonduna qəbul olunub.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi