Yuxarı

​"Schlumberger" ixtisarlara hazırlaşır

Neftin ucuzlaşması davam edərsə, şirkət bu il 9 min işçisini işdən çıxaracaq

Bakı. 17 yanvar. REPORT.AZ/ Dünya bazarında neftin getdikcə ucuzlaşması "Schlumberger" şirkətinin işçilərinin sayını azaltmasına səbəb olacaq. "Report"un "USA Today"ə istinadən verdiyi xəbərə görə, əgər neftin qiyməti daha da aşağı düşərsə, şirkət bu il işçilərinin təxminən 9 minini ixtisar edəcək. Bu isə ümumulikdə 120 mindən artıq işçisi olan "Schlumberger"in 8%-dək işçinin işsiz qalması deməkdir.

"Schlumberger"in baş icraçı direktoru Paal Kibsqaard (Paal Kibsgaard) açıqlamasında deyib ki, hələlik prosesləri idarə etməyi bacarırlar, amma gələcəkdə bu mümkün olmaya bilər.

Şirkətin Hyustonda yerləşən mərkəzi ofisindən verilən məlumata görə, neftin ucuzlaşmasına baxmayaraq, "Schlumberger"in gəlirləri 6% artaraq 12,6 mlrd. dollara, mənfəəti isə 11% artaraq 1,94 mlrd. dollara çatıb, dividentlər isə 25% artırılıb.

Bu günlərdə "Schlumberger"in səhmləri 1,76 dollar ucuzlaşaraq 76,63 dollara düşüb və bu, səhmlərin hər saat orta hesabla 3 sent ucuzlaşması deməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi