Şaxtalı hava səbəbindən tələbin artması nefti bahalaşdırıb

Şaxtalı hava səbəbindən tələbin artması nefti bahalaşdırıb Soyuq hava ilə əlaqədar əlavə tələbin artımı dünya bazarlarında neftin bahalaşmasına səbəb olub.
Energetika
19 Noyabr , 2021 10:23
Şaxtalı hava səbəbindən tələbin artması nefti bahalaşdırıb

Soyuq hava ilə əlaqədar əlavə tələbin artımı dünya bazarlarında neftin bahalaşmasına səbəb olub.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 09.16-ya olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,59% bahalaşaraq, 1 bareli 81,72 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti də 0,71% artaraq, 1 bareli 78,97 ABŞ dolları təşkil edib.

Enişdən sonra qiymətlərin bərpası fonunda bazarda müsbət dinamika müşahidə olunur. Daha əvvəl Çinin öz strateji ehtiyatlarından istifadə etməyə hazırlaşması haqqında xəbərlər mənfi dinamikaya səbəb olmuşdu.

Analitiklər hesab edirlər ki, hava neft qiymətlərinə təsir edəcək, belə ki, temperaturun aşağı olması təbii qaz çatışmazlığına və alternativ enerji mənbələri uğrunda mübarizəyə səbəb ola bilər.

Son xəbərlər

Orphus sistemi