​"Saxo Bank": Neftin qiyməti yenidən 100 dollar/barel səviyyəsinə qayıtmayacaq

​"Saxo Bank": Neftin qiyməti yenidən 100 dollar/barel səviyyəsinə qayıtmayacaq Gələn il isə dünya bazarında neftə olan tələbatın cüzi artımı gözlənilir
Energetika
18 May , 2015 15:32
​Saxo Bank: Neftin qiyməti yenidən 100 dollar/barel səviyyəsinə qayıtmayacaq

Bakı. 18 may. REPORT.AZ/ Dünya neft bazarında qiymətin əvvəlki illərin səviyyəsi - 1 barel üçün 100 ABŞ dollarından artıq olacağı gözlənilmir. Bu barədə "Report"a "Saxo Bank"ın əmtəə strategiyaları bölməsinin rəhbəri Ole Hansen bildirib.

"Son zamanlar neftin qiymətindəki artımı bir çoxları 2009-cu ilin sonundan 2014-cü ilin iyulunadək müşahidə olunan 100 dollar/barel göstəricisinə doğru dönüş kimi qiymətləndirir. Belə ki, "Brent" və WTI markarlı neft bu ilin əvvəlində müvafiq olaraq 50 dollar/barel və 40 dollar/barel göstəricisinədək enib və apreldən başlayan yüksəliş dünya üzrə qiymətləri 66 dollar/barel və 60 dollar/barel həddində müəyyən edib", - deyə O.Hansen qeyd edib.

"Saxo Bank"ın eksperti bildirib ki, OPEC və Beynəlxalq Enerji Agentliyinin (IEO) 2016-cı ildə dünya bazarında tələbdə az da olsa artım olacağı barədə proqnozu fonunda hazırkı durum üçün stratosferik görünən 2010-2014-cü illər qiymətlərinədək yüksəlişin olması gözlənilmir.

"100 dollar/barel qiymətinədək artım prosesi neft sənayesi hasilatı ilə məşğul olan şirkətlərin öz fəaliyyətlərində dəyişiklik etməsi reaksiyası ilə müşahidə olunacaq ki, bu da gələcəkdə qiymətlərin 100 dollar/barel həddinə qayıtmamasını şərtləndirən başlıca səbəblərdən biri ola bilər”, - deyə "Saxo Bank"ın bölmə rəhbəri əlavə edib.

Son xəbərlər

Orphus sistemi