Şavkat Mirziyoyev: "Özbəkistan 2030-cu ilə qədər 20 QVt-dan çox “yaşıl enerji” həcmləri yaratmaq niyyətindədir"

Şavkat Mirziyoyev: "Özbəkistan 2030-cu ilə qədər 20 QVt-dan çox “yaşıl enerji” həcmləri yaratmaq niyyətindədir" Özbəkistan 2030-cu ilə qədər 20 QVt-dan çox bərpa olunan enerji həcmləri yaratmağı planlaşdırır.
Energetika
2 May , 2024 12:32
Şavkat Mirziyoyev: Özbəkistan 2030-cu ilə qədər 20 QVt-dan çox “yaşıl enerji” həcmləri yaratmaq niyyətindədir

Özbəkistan 2030-cu ilə qədər 20 QVt-dan çox bərpa olunan enerji həcmləri yaratmağı planlaşdırır.

“Report” xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün Daşkənd İnvestisiya Forumunun açılışında deyib.

“Özbəkistan 2030-cu ilə qədər 20 GVt-dan çox bərpa olunan enerji potensialı yaratmağı və onun enerji balansında payını 40 %-ə çatdırmağı planlaşdırır. Enerji sənayesinin səmərəliliyinin artırılması bütün regionumuz üçün vacibdir. Bu istiqamətdə ölkəmizdə 28 layihə üzrə işlər davam etdirilir”, - o bildirib.

Prezident əlavə edib ki, yalnız 2023-cü ildə “Masdar”, “Gezhouba” və “China Energy” şirkətləri ilə birlikdə ölkədə 1,4 QVt gücündə böyük külək və günəş elektrik stansiyaları işə salınıb. Həmçinin “ACWA Power” şirkəti ilə birlikdə “yaşıl hidrogen” istehsalı layihəsinin icrasına başlanılıb: “Bu gün forum çərçivəsində biz investorlarımıza qonşu Qırğızıstan və Tacikistanda su elektrik stansiyalarının birgə tikintisi layihələrini təqdim edəcəyik. Bütün ölkələrin aparıcı şirkətlərini bu istiqamətdə açıq dialoqa və praktiki əməkdaşlığa dəvət edirik”.

Son xəbərlər

Orphus sistemi