"Saudi Aramco" səhmlərini satmaqda israrlıdır

"Saudi Aramco" səhmlərini satmaqda israrlıdır Səudiyyə Ərəbistanının milli neft şirkəti - Saudi Aramconun səhmlərinin ilkin kütləvi tədavülü (İPO) ən qısa müddətdə həyata keçiriləcək.
Energetika
10 Sentyabr , 2019 16:43
Saudi Aramco səhmlərini satmaqda israrlıdır

Səudiyyə Ərəbistanının milli neft şirkəti - "Saudi Aramco"nun səhmlərinin ilkin kütləvi tədavülü (İPO) ən qısa müddətdə həyata keçiriləcək. 

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu açıqlamanı krallığın enerji naziri şahzadə Əbdüləziz bin Salman verib. 

2018-ci ildə 356 milyard ABŞ dolları gəlir və 11 milyard dollar xalis mənfəət əldə etmiş şirkətin "Tarixdə ən böyük İPO"ya imza atacağı gözlənilir. "Saudi Aramco" səhmlərinin 5%-ni satmaqla 100 milyard dollar vəsait cəlb etməyi planlaşdırır. Bu baş versə, ərəb şirkəti dünyanın ən bahalı brendi olacaq. 

Son xəbərlər

Orphus sistemi