"Saudi Aramco" şirkəti "Petronas"a aid layihəyə ortaq olub

"Saudi Aramco" şirkəti "Petronas"a aid layihəyə ortaq olub Səudiyyə şirkəti layihəyə 7 mlrd. dollar investisiya yatıracaq
Energetika
28 Fevral , 2017 15:59
Saudi Aramco şirkəti Petronasa aid layihəyə ortaq olub

Bakı. 28 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft şirkəti Malayziyanın "Petronas" milli neft şirkətinə aid "RAPİD" neftayırma və neft-kimya layihəsinə 7 mlrd. ABŞ dolları həcmində investisiya yatıraraq layihədə 50%-lik iştirak payına sahib olub. 

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Məlumata əsasən, anlaşma hazırda Malayziyada səfərdə olan S.Ərəbistanının kralı Salman və Malayziyanın baş naziri Nəcib Razakın iştirakı ilə imzalanıb. 

Anlaşmanın şərtlərinə görə, "Saudi Aramco" Malayziyanın Cohor ştatının cənubunda yerləşən neftayırma zavoduna zəruri təchizatın 70%-i, qalan hissəni - qaz və elektrik enerjisi təchizatını isə "Petronas" təmin edəcək.

"RAPİD" layihəsi çərçivəsində gündəlik emal gücü 300 min barel olan neftayırma zavodunun və illik istehsal gücü 7,7 mln. metrik ton olan neft-kimya zavodunun inşası nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi